TimeSoft
İntellektual
Operativ
Sistemlər
Müasir dünyanın tələblərinə uyğun və dünya praktikasını ələ alaraq Azərbaycan qanunvericiliyinə uyğun eletron platformalar hazırlayan TimeSoft şirkəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə mərkəzləşmiş elektron iş imkanları təklif edir.
01 Biz kimik? Şirkətimiz Haqqında
Struktur →2018-ci ildən fəaliyyətə başlayan "TimeSoft" şirkəti hazırda Azərbaycanda IT sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir. Şirkətimizin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işləri avtomatlaşdırmaq və məhsuldarlığının, effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün İnformasiya Texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət və daha səmərəli iş prosesi əldə edilir. Biz qısa zaman ərzində bu sahədə bir sıra uğurlu proyektlərə imza atmışıq və ölkəmizdə bir sıra yeni platformalar hazırlamışıq.
Professional Xidmətlərimiz 02
03 Portfoliomuzdan Son İşlərimiz
Office IOS
Intelligent Operating System- Elektron Kargüzarlıq
- İnsan Resursları (HR)
- Maliyyə Hesabatı
- İş planı və Layihələrin idarə olunması
- Ehtiyat (Anbar)
- Marketinq
- SSM
Kiçik və orta sahibkarların böyük məbləğlər xərcləyərək Sənəd dövriyyəsi, HR,Maliyyə və Anbar kimi sistemləri alacaq qədər maddi imkanları olmaya bilər çünki, bunlar böyük xərclər tələb edir. Bütün bunlar düşünülərək Ofis Menecment yaradılmışdır. Ofis Menecment bir platformadır və bu sadalananlardan daha çox elektron xidmət burda yer almaqdadır. Artıq kiçik və orta sahibkarlar da qeydiyyatdan keçərək bu sistemləri aylıq kiçik üzvlük haqqı ödəyərək istifadə edə bilər.
AGRO IOS
Agricultural Intelligent Operating System- Peyk təsvirləri ilə sahə bölgüsü
- Əkin və iş Planlaması
- İş davamiyyət / HR
- Elektron kargüzarlıq
- Maliyyə hesabatı
- Xəstəlik riskləri
- Kamera və Avtomobil nəzarəti
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən əkinçi və fermerlərin işlərinin idarəsində böyük köməyi olacaqdır. Məsələn: bir AgroParkın əkin planlamasını, iş planlamasını, Suvarma sistemlərini, Anbar və ehtiyatlarını, İnsan resursları və Maliyyə məsələlərini tam əks etdirərək bütün işlər üzrə asanlıq yaradır. Kamera, Turniket, Nəqliyyatların izlənməsi kimi başqa xidmətləri də daxilinə inteqrasiya edərək xəritə üzərindən öz ərazilərini və nəqliyyatlarını görərək onları planlaya,idarə edə biləcəklər.
Agro Birja
Online Agricultural Platform- Orta qiymətin formalaşması
- Ortaq alış-satış platforması
- Məhsulların müqayisəsi
- Ölkə üzrə statistik məhsuldarıq
- Aqrar sektorunda olan yeniliklər
- Şirkətlərlə bir başa əlaqə
- Məhsular haqqında ətraflı məlumat
Agrobirja.az platforması kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsini aparmaq, müxtəlif təsərrüfatlara məxsus məhsulların qarşılıqlı qiymətlərini göstərmək məqsədi ilə yaradılmışdır. Platforma alıcıya seçim etmək, müxtəlif məhsulların qiymətini dəyərləndirmək imkanı verməklə, sahibkarlara, ümumiyyətlə kənd təsərrüfatı ilə maraqlanan hər bir şəxsə faydalı olacaq.
Yardımçı
Sosial yardımlaşma platformu
Yardımçı layihəsi, sosial məsuliyyətlilik çərçivəsində başlatılan kampaniyadır.
www.yardimci.az
Agro TV
Kənd təsərrüfatı televiziyası
AGRO TV kənd təsərüfatı üzrə ixtisaslaşmış online televiziyadır.
www.agrotv.az
04 Bizi niyə Seçməlisiniz?
Heç bir innovasiya məhsuldar, etibarlı, istifadəsi asan və mövcud aktivlərə uyğun olmadığı müddətcə səmərəliliyin olmayacağının fərqindəyik, Biz layihələrimizlə bağlı gələcəkdə yarana biləcək sualları, ehtiyacları qabaqcadan aşkarlayaraq müasir tələblərə uyğun yenilikçi fikirlər əsasında səmərəliliyi artirmaq, xərcləri azaltmaq və optimal məhsullar təqdim etməyə, eyni zamanda ən müasir texnologiyaların tətbiqini təmin etməyə çalışırıq.
05 Daim bizimlə olan Partnyorlarımız
Rəhbərlik və İdarə heyyəti 06
Vizyon: Həyatını bilgi, inanc və cəsarət üstünə qurmuş, daima özünü yeniləyib təkminləşdirməklə həyata baxışını genişləndirmişdir.
Stat: Biz Sahibkarların uğuru, inkişaf etmiş cəmiyyətimizin göstəricisidir. Bu səbəbdən fərdi uğurmuz qədər cəmiyyətin uğuru üçün də çalışmaqdayıq.
TimeSoft bir platforma şirkətidir. Yaratdığı platformalar ölkənin individuallığına və spesifikliyinə görə formalaşmaqdadır. Şirkətin Hədəfi ilk öncə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “TimeSoft” MMC-nin platformalarından istifadə edərək rahat iş prosesi aparmaqlarında kömək etməkdir. Şirkət gələcək illərdə platformalarının sayını artıracaqdır. Şirkət hal–hazırda 4 istiqamətdə tətbiqlərini genişləndirməkdədir.