01 Biz kimik? Şirkətimiz Haqqında

Struktur →

2018-ci ildən fəaliyyətə başlayan "TimeSoft" şirkəti hazırda Azərbaycanda IT sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir. Şirkətimizin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işləri avtomatlaşdırmaq və məhsuldarlığının, effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün İnformasiya Texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət və daha səmərəli iş prosesi əldə edilir. Biz qısa zaman ərzində bu sahədə bir sıra uğurlu proyektlərə imza atmışıq və ölkəmizdə bir sıra yeni platformalar hazırlamışıq.

Professional Xidmətlərimiz 02

İT infrastrukturunun planlanması
Coğrafiya İnformasiya Sistemlərinin tətbiqi
Proqram təminatının yazılması və tətbiqi
Hökumət portallarının hazırlanması
İKT layihələrində texniki tapşırıqların hazırlanması
İKT layihələrində məsləhət xidmətinin verilməsi
İKT layihələrinin avadanlıqlarla inteqrasiya edilməsi, avtomatlaşdırılması
İnformasiya təhlükəsizliyi üzrə layihələrin hazırlanması və tətbiq edilməsi

03 Portfoliomuzdan Son İşlərimiz

Office IOS

Intelligent Operating System
  • Elektron Kargüzarlıq
  • İnsan Resursları (HR)
  • Maliyyə Hesabatı
  • İş planı və Layihələrin idarə olunması
  • Ehtiyat (Anbar)
  • Marketinq
  • SSM

Kiçik və orta sahibkarların böyük məbləğlər xərcləyərək Sənəd dövriyyəsi, HR,Maliyyə və Anbar kimi sistemləri alacaq qədər maddi imkanları olmaya bilər çünki, bunlar böyük xərclər tələb edir. Bütün bunlar düşünülərək Ofis Menecment yaradılmışdır. Ofis Menecment bir platformadır və bu sadalananlardan daha çox elektron xidmət burda yer almaqdadır. Artıq kiçik və orta sahibkarlar da qeydiyyatdan keçərək bu sistemləri aylıq kiçik üzvlük haqqı ödəyərək istifadə edə bilər.

AGRO IOS

Agricultural Intelligent Operating System
  • Peyk təsvirləri ilə sahə bölgüsü
  • Əkin və iş Planlaması
  • İş davamiyyət / HR
  • Elektron kargüzarlıq
  • Maliyyə hesabatı
  • Xəstəlik riskləri
  • Kamera və Avtomobil nəzarəti

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən əkinçi və fermerlərin işlərinin idarəsində böyük köməyi olacaqdır. Məsələn: bir AgroParkın əkin planlamasını, iş planlamasını, Suvarma sistemlərini, Anbar və ehtiyatlarını, İnsan resursları və Maliyyə məsələlərini tam əks etdirərək bütün işlər üzrə asanlıq yaradır. Kamera, Turniket, Nəqliyyatların izlənməsi kimi başqa xidmətləri də daxilinə inteqrasiya edərək xəritə üzərindən öz ərazilərini və nəqliyyatlarını görərək onları planlaya,idarə edə biləcəklər.

Agro Birja

Online Agricultural Platform
  • Orta qiymətin formalaşması
  • Ortaq alış-satış platforması
  • Məhsulların müqayisəsi
  • Ölkə üzrə statistik məhsuldarıq
  • Aqrar sektorunda olan yeniliklər
  • Şirkətlərlə bir başa əlaqə
  • Məhsular haqqında ətraflı məlumat

Agrobirja.az platforması kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsini aparmaq, müxtəlif təsərrüfatlara məxsus məhsulların qarşılıqlı qiymətlərini göstərmək məqsədi ilə yaradılmışdır. Platforma alıcıya seçim etmək, müxtəlif məhsulların qiymətini dəyərləndirmək imkanı verməklə, sahibkarlara, ümumiyyətlə kənd təsərrüfatı ilə maraqlanan hər bir şəxsə faydalı olacaq.

Vision TV

Vision TV

Fərqli düşün, fərqli gör!

Vision TV Azərbaycanda fəaliyyət göstərən internet televiziyasıdır.

www.visiontv.az

İntellektual Məkan Verilişlər Maraq Dairəsi Ölkə Dünya
Agro Tv

Agro TV

Kənd təsərrüfatı televiziyası

AGRO TV kənd təsərüfatı üzrə ixtisaslaşmış online televiziyadır.

www.agrotv.az

Agropark Fermer Region Xəbərlər Köşə yazarları

04 Bizi niyə Seçməlisiniz?

Heç bir innovasiya məhsuldar, etibarlı, istifadəsi asan və mövcud aktivlərə uyğun olmadığı müddətcə səmərəliliyin olmayacağının fərqindəyik, Biz layihələrimizlə bağlı gələcəkdə yarana biləcək sualları, ehtiyacları qabaqcadan aşkarlayaraq müasir tələblərə uyğun yenilikçi fikirlər əsasında səmərəliliyi artirmaq, xərcləri azaltmaq və optimal məhsullar təqdim etməyə, eyni zamanda ən müasir texnologiyaların tətbiqini təmin etməyə çalışırıq.

Proqram Təminatı İnformasiya emalının ən müasir və mükəmməl forması tətbiq edilir.
Avadanlıq təminatı İşlərinizin rahatlığı üçün gərəkli olan bütün texniki vasitələrlə təmin edilir.
Peşəkar Planlama Layihənin hər addımı peşəkar mütəxəssislərimiz tərəfindən planlanır.
Kreativ dizayn Peşəkar əməkdaşlarımız tərəfindən kreativ UI & UX işləri hazırlanır.
Mükəmməl Nəticə Komandamızın uğurlu işi nəticəsində tapşırıq ən mükəmməl şəkildə təhvil verilir
7/24 dəstək Dəstək komandamız hər zaman işlərinizin yolunda getməsini təmin edir.

05 Daim bizimlə olan Partnyorlarımız

Rəhbərlik və İdarə heyyəti 06

Elvin Abbasov

Elvin Abbasov

CEO & Founder of TimeSoft Company

Vizyon: Həyatını bilgi, inanc və cəsarət üstünə qurmuş, daima özünü yeniləyib təkminləşdirməklə həyata baxışını genişləndirmişdir.

Stat: Biz Sahibkarların uğuru, inkişaf etmiş cəmiyyətimizin göstəricisidir. Bu səbəbdən fərdi uğurmuz qədər cəmiyyətin uğuru üçün də çalışmaqdayıq.

TimeSoft bir platforma şirkətidir. Yaratdığı platformalar ölkənin individuallığına və spesifikliyinə görə formalaşmaqdadır. Şirkətin Hədəfi ilk öncə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “TimeSoft” MMC-nin platformalarından istifadə edərək rahat iş prosesi aparmaqlarında kömək etməkdir. Şirkət gələcək illərdə platformalarının sayını artıracaqdır. Şirkət hal–hazırda 4 istiqamətdə tətbiqlərini genişləndirməkdədir.